Vyetnamın məşhur caz qrupu “Nguyen Manh and Jazz Glory” 14-cü Bakı Caz Festivalında çıxış edəcək

20 Oktyabr 2019 20:49 (UTC+04:00)

Vyetnamın məşhur caz qrupu “Nguyen Manh and Jazz Glory” 14-cü Bakı Caz Festivalında çıxış edəcək.

SİA xəbər verir ki, 2017-ci ildə Vyetnam Milli Musiqi Akademiyasının caz fakültəsinin müəllim və tələbələrinin yaratdığı qrup bir neçə beynəlxalq musiqi festivalının iştirakçısı və müsabiqələrin laureatçısıdır. Qrupun rəhbəri Nquyen Man Vyetnam Milli Musiqi Akademiyasında caz fakültəsinin yaradıcısıdır. Qrup Fransa, İsveç, Danimarka, Sinqapur və digər ölkələrdə konsertlər verib. Maraqlı faktlardan biri də odur ki, qrup ABŞ Prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In qarşısında da çıxış edib.

Qeyd edək ki, oktyabrın 18-də işə başlamış Bakı Caz Festivalı çərçivəsində 25 konsert, ustad dərsləri, seminarlar, cazla bağlı filmlər təqdim ediləcək.