Alpaqut üzrə IV Azərbaycan kubokunun qalibləri müəyyənləşib FOTOLAR

20 Oktyabr 2019 16:21 (UTC+04:00)

Qazax Olimpiya İdman Kompleksində alpaqut Turan döyüş sənəti üzrə IV Azərbaycan kuboku uğrunda yarışlar keçirilib. Azərbaycan Alpaqut Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Gənclər və İdman Nazirliyinin illik təqvim planına uyğun olaraq keçirilən yarışda bütün yaş qrupları üzrə ölkənin 30-dan artıq komandasını təmsil edən 300-dən çox idmançı gücünü sınayıb. İdmançılar alpaqut idman növünün aypara, batur, caymaz və qurşaq sistemləri üzrə medallar uğrunda mübarizə aparıblar.

Yarışın nəticələrinə görə, komanda hesabında aypara sistemi üzrə Suraxanı, Ağdam, Nizami rayonunun komandaları ilk üç yeri tutublar. Batur sistemi üzrə Şəmkir, Laçın, Zərdab, caymazda Binəqədi, Mingəçevir, Kəlbəcər, qurşaq sistemi üzrə isə Qazax, Laçın və Şəmkir komandaları fərqləniblər.

Qaliblər diplom, medal və kubokla mukafatlandırılıblar.