Meksikada ağır yol qəzası olub ölən və yaralanan var

20 Oktyabr 2019 12:14 (UTC+04:00)

Meksikada yük maşını minik avtomobili ilə toqquşub. SİA-nın "Sinhua" agentliyinə istinadən verdiyi məlumata görə, toqquşma nəticəsində 9 nəfər həlak olub, 5 nəfər isə xəsarət alıb.

Bildirilir ki, xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər.

İnsident Mexiko-Keretaro avtomobil yolunda yerli vaxtla saat 08:00-da baş verib.