Honkonqda növbəti razılaşdırılmamış aksiya keçirilir

20 Oktyabr 2019 11:28 (UTC+04:00)

Honkonqda qara paltar geymiş minlərlə fəal dövlət əleyhinə növbəti mitinqə çıxıblar. SİA-nın verdiyi məlumata görə, aksiya Koulun yarımadasında təşkil olunub və dinc xarakter daşıyır. Aksiya iştirakçıları məşhur turizm rayonu Çim Şa Çuy sahili yaxınlığında toplaşıblar və Çin Xalq Respublikasının yeni sürətli dəmir yolu ilə Qərbi Koulun vağzalına getmək niyyətindədirlər.

Qeyd edilir ki, orada təhlükəsizlik tədbirləri gücləndirilib.