Suriyada 1 türk əsgəri şəhid olub

20 Oktyabr 2019 09:07 (UTC+04:00)

Türkiyə ordusunun Suriyada keçirdiyi "Barış pınarı" əməliyyatı çərçivəsində 1 hərbi qulluqçu şəhid olub. Bu barədə SİA Türkiyə mətbuatına istinadən xəbər verir. Milli Müdafiə Nazirliyindən verilən məlumata görə, Türkiyə hərbçisi kəşfiyyat-müşahidə missiyası zamanı PKK/YPG terrorçularının açdığı atəş nəticəsində şəhid olub.

Atəş zamanı həmçinin daha 1 türk əsgəri yaralanıb.