Sabirabadda naməlum avtomobil 63 yaşlı qadını vuraraq öldürüb

19 Oktyabr 2019 21:51 (UTC+04:00)

Sabirabadda 63 yaşlı qadını avtomobil vuraraq öldürüb.

SİA xəbər verir ki, Sabirabad sakini,1956-cı il təvəllüdlü Abışova Zemfira Qurban qızını naməlum avtomobil vurub. Piyada hadisə yerində keçinib. Onu avtomobillə vuran sürücü isə qaçıb.

Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsində araşdırma aparılır.