9 ayda əhalinin gəlirləri 42,2 milyard manat təşkil edib

19 Oktyabr 2019 12:31 (UTC+04:00)

Bu ilin yanvar-sentyabr aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 6,7 faiz artaraq 42 milyard 202,7 milyon manat təşkil edib, əhalinin hər nəfərinə orta hesabla 4266,2 manatlıq gəlir düşüb.

Dövlət Statistika Komitəsindən SİA-ya bildirilib ki, bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 38 milyard 720,1 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 6,6 faiz çox vəsait qalıb.