Alyaskada təyyarənin qəza enişi bir nəfərin ölmnə səbəb olub

19 Oktyabr 2019 06:17 (UTC+04:00)

Unalaska-Holland reysilə uçan təyyarə Alyaskada qəza enişi edib.

SİA "gazeta.ru" saytına istinadən xəbər verir ki, 42 nəfərin olduğu təyyarədə qəza nəticəsində 1 nəfər ölüb, 11 nəfər yaralanıb.

Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilib.

İlkin məlumata görə, qəzaya səbəb təyyarənin mühərriklərindən birində yaranan nasazlıq olub.