Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov MDB ölkələrinin Rusiyadakı səfirləri ilə görüşüb

19 Oktyabr 2019 05:38 (UTC+04:00)

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov MDB-yə üzv ölkələrin Rusiya Federasiyasındakı səfirləri ilə görüşüb.
SİA xəbər verir ki, görüşdə Rusiya XIN başçısının keçmiş müavini, vaxtı ilə nazirlikdə MDB ölkələri ilə münasibətləri kurasiya edən, hazırda isə Rusiya Federasiya Şurasının üzvü Qriqori Karasin də iştirak edib.

Görüşdə çıxış edən Sergey Lavrov Qriqori Krasinin Rusiyanın MDB ölkələri ilə ikitərəfli əməkdaşlığının inkişafına böyük töhvə verdiyini vurğulyaraq, onu Rusiya Federasiya Şurasına üzv seçilməsi münasibətilə təbrik edib.
Görüş iştirakçıları beynəlxalq və regional aktual mövzular ətrafında fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, görüşdə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu da iştirak edib.