London Kral Məhkəməsi Nazarbayevin nəvəsini bir il şərti azadlıqdan məhrum edib

19 Oktyabr 2019 01:15 (UTC+04:00)

Londonun Sautvork rayon Kral Məhkəməsi Aysultan Nazarbayevi polisə müqavimət göstərdiyinə və başqasına məxsus mülkə qanunsuz daxil olduğuna görə 18 ay sınaq müddəti olmaqla 1 il şərti azadlıqdan məhrum edib.

SİA “RİA Novosti”yə istinadən xəbər verir ki, məhkəmənin qərarı ilə 29 yaşlı A. Nazarbayev narkomaniyadan müalicə almalıdır.

Qeyd edək ki, Qazaxıstanın sabiq Prezidenti Nursultan Nazarbayevin nəvəsinə qarşı ittiham iyul ayında irəli sürülüb. A. Nazarbayev tez-tez başqasına məxsus mülkə daxil olub, eyni zamanda hadisə yerinə gələn polislərə müqavimət göstərib.