“Ronaldo məni əsgər salamı ilə qarşıladı”

18 Oktyabr 2019 23:03 (UTC+04:00)

Futbol üzrə Türkiyə millisinində çıxış edən "Yuventus"un futbolçusu Merih Demiralı komanda yoldaşı Kriştiano Ronaldo əsgər salamı ilə qarşılayıb.Türkiyə mətbuatının yazdığına görə, bu barədə 21 yaşlı müdafiəçinin özü məlumat verib: "Yuventus”un düşərgəsinə qayıdarkən Ronaldo bazada məni əsgər salamı ilə qarşıladı. Bir az şoka düşsəm də, qürur duydum. İndi italiyalı senatorların nə edəcəyini maraqla gözləyirəm”.

Qeyd edək ki, "Yuventus"un M.Demiralı Avro-2020-nin seçmə mərhələsində Fransa ilə matçda əsgər salamı verdiyi üçün cəzalandıracağı iddia olunur.