Türkiyənin "Fənərbaxça" klubundan sonra "Qalatasaray" və "Beşiktaş" da xalqımızı 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi günü münasibəti ilə təbrik edib. "Cim-Bom" bununla bağlı rəsmi "Feysbuk" səhifəsində yazıb: "Dost və qardaş ölkə Azərbaycanın Müstəqillik Günü mübarək olsun".
Xatırladaq ki, Azərbaycan 1991-ci il 18 oktyabr tarixində öz dövlət müstəqilliyini bərpa edib.