Nəsimi rayonunda dövlət müstəqilliyi günü qeyd olunub

18 Oktyabr 2019 19:01 (UTC+04:00)

Bu gün Nəsimi rayonunda 18 Oktyabr Dövlət Müstəqilliyi Gününə həsr edilmiş tədbir keçirilib. Həmin tədbirlər çərçivəsində Nəsimi rayonu 1 saylı tam orta məktəbdə dövlət müstəqilliyi gününə həsr olunmuş bayram tədbiri keçirilib. Məktəbin foyesində şagirdlərin əl işlərindən ibarət rəngarəng sərgi təşkil olunub.

Tədbirdə Nəsimi rayon icra hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva çıxış edərək bildirib ki, XX yüzilliyin sonlarında SSRİ-nin süquta uğraması ilə yaranan əlverişli tarixi şərait nəticəsində, Azərbaycan xalqı XX əsrdə ikinci dəfə müstəqillik bayrağını qaldırdı: "Müstəqilliyin ilk illərində ölkəmiz xeyli çətinliklərlə üzləşdi. 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ölkəmizin müstəqilliyini əbədi və dönməz etdi. Ümummilli Liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, Vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qutardı. Ulu Öndər ölkədə xaos və anarxiyanın, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi psixoloji gərginliyi aradan qaldırdı. Müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutdu və bu gün bu yolun davamçısı Prezident İlham Əliyev tərəfindəndən uğurla davam etdirilir".

Görüşdə Nəsimi rayon Ağsaqqallar Şurasının sədri Aydın Heydərov müstəqilliyimizin tarixi əhəmiyyətindən danışdı.

Sonda tədbir iştirakçıları 1 saylı tam orta məktəbin şagirdləri tərəfindən vətənpərvərlik mövzusunda ifa olunan şeir və mahnıları dinləyib, rəqslərə tamaşa edərək, video-çarxları izlədilər.

RƏFİQƏ HÜSEYNOVA