MEK-də Kolumbiyanın ölkəmizdəki səfiri ilə görüş keçirilib FOTOLAR

18 Oktyabr 2019 16:36 (UTC+04:00)

Kolumbiyanın Azərbaycandakı səfiri Luis Antonio Dimate Kardenas və konsulu Mariya Anjelika Stir Varela Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasına (MEK) nəzakət ziyarəti ediblər. SİA-nın məlumatına görə, görüş zamanı qonaqlar AMEA-nın təsisçilərinin büstlərindən ibarət qalereya ilə, Nadir fondda saxlanılan qədim kitablarla, MEK-in Vikipediya, Milli Rəqəmsal Yaddaş şöbələri və oxu zalları ilə tanış olublar.

Görüşdə AMEA və Kolumbiyanın Mədəniyyət Nazirliyi arasında imzalanmış Memorandumun icrasına dair məsələlər müzakirə olunub.

Səfir MEK-ə Qabriel Qarsiya Markesin əsərlərinin ispan dilində nəşrini, Leyla İmanova isə MEK tərəfindən diplomata İ.Nəsiminin əsərlərinin iki cildliyini və “Qarabağ: əsrlərin salnaməsi” nəşrini hədiyyə edib.

Göstərilən diqqətə görə MEK kollektivinə təşəkkürünü bildirən qonaqlar məhsuldar əməkdaşlığın davam edəcəyinə əminliklərini ifadə ediblər.