“Əbədi müstəqillik” adlı açıq dərs keçirilib FOTOLAR

18 Oktyabr 2019 15:16 (UTC+04:00)

Azərbaycanın Dövlət Müstəqilliyinin 28-ci ildönümü münasibəti ilə Dövlət İstiqlal Muzeyində məktəblilər üçün “Əbədi müstəqillik” adlı açıq dərs keçirilib. SİA-nın məlumatına görə, açıq dərsdə Bakı şəhər Yasamal rayon 52 saylı orta məktəb və XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin şagirdləri iştirak edib.

Açıq dərsi muzeyin ekspozisiya şöbəsinin müdiri Şərafət Məmmədova açaraq məktəbliləri müstəqillik günü ilə təbrik edərək, müstəqilliyimiz haqqında ətraflı çıxış edib. Sonra məktəblilərə “Müstəqillik Sizin üçün nədir ?” sualı verilərək onların bu sual ətrafında fikirləri dinlənilib.

Açıq dərsdə məktəblilər muzeyin elmi işçiləri tərəfindən onlar üçün hazırlanmış vətənpərvərlik musiqilərini səsləndiriblər.

Açıq dərsdə Ümummilli Lider Heydər Əliyevin müstəqilliyimizlə bağlı fikirlərindən ibarət videoçarx nümayiş olunub.