"Bizim xalqa kişilik dərsi keçməyə ixtiyarımız yoxdur"

18 Oktyabr 2019 13:13 (UTC+04:00)

Aparıcı-aktyor Sərxan Kərəmoğlu qalmaqala səbəb olacaq açıqlama verib. SİA-nın məlumatına görə, o, verilişlərin birində şou-biznes əhlini imansız adlandırıb: "Cammat şou-biznes əhlinə pul verib, çaldırır, oxutdurur, oynatdırır, danışdırır. Biz necə həmin insanlara kişilikdən dərs keçə bilərik? Ayıbdır. Şou-biznes əhlinin gördüyü iş ən imansız hərəkətdir. Ona görə də bizim xalqa kişilik dərsi keçməyə ixtiyarımız yoxdur. Qeyrətsiz qeyrətdən, imansız imandan, kişilikdən xəbəri olmayan kişilikdən danışır. Bu danılmaz faktdır".