Selanikdə Atatürkün evinə hücum edilib

17 Oktyabr 2019 23:03 (UTC+04:00)

Selanikdə Mustafa Kamal Atatürkün evinə hücum edilib. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy bildirib. Sözçü deyib ki, Yunanıstanda anarxist qruplar bu gün saat 10:00-da Selankdəki baş konsulluğun yerləşdiyi ərazidə Atatürk evində tədbir keçirməyə cəhd ediblər.

Hami Aksoy əlavə edib ki, türk milləti üçün son dərəcə yüksək mənəvi dəyər olan Atatürk Evinə zərər vura bilməyiblər: “Yunanıstan polisi anarxist qrupları konsulluğun həyətindən çıxarmağı bacarıb. Yunanıstan rəsmilərindən tələbimiz dəyərlərimizə həqarət edənlərin cəzalandırılmasıdır”.