Sumo üzrə Azərbaycan çempionatı keçiriləcək

17 Oktyabr 2019 15:37 (UTC+04:00)

Noyabrın 26-30-da Abşeron Olimpiya İdman Kompleksində sumo üzrə Azərbaycan çempionatı keçiriləcək.

SİA-nın məlumatına görə, ölkə birinciliyində 15-ə yaxın regiondan 200-ə yaxın idmançı iştirak edəcək.

Yarışda yeniyetmələr, gənclər və böyüklər öz qüvvələrini sınayacaqlar.

Qeyd edək ki, yarışın qalibləri Gənclər və İdman Nazirliyi və Azərbaycan Sumo Federasiyası tərəfindən diplom və medallarla təltif olunacaqlar.