AFFA-nın baş katibinin müavini yeni təyinat alıb

17 Oktyabr 2019 15:33 (UTC+04:00)

AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev UEFA tərəfindən yeni təyinat alıb.

SİA-nın məlumatına görə, o, Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Trabzonspor” (Türkiyə) – “Krasnodar” (Rusiya) oyununun UEFA nümayəndəsi olacaq.

Matç oktyabrın 24-də Trabzon şəhərindəki Şenol Güneş Spor Kompleksində keçiriləcək.