Bakıda avtomobillər toqquşub, ölən var

17 Oktyabr 2019 12:51 (UTC+04:00)

Bakıda ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, oktyabrın 16-da Nəsimi rayonunun H.Ələsgərova küçəsində Bakı şəhər sakini R.Şərifovun idarə etdiyi “Opel” və İmişli rayon sakini N.Bağırovun idarə etdiyi “TOFAŞ” markalı avtomobillər toqquşub.

Nəticədə N.Bağırovun sərnişinlərindən Astara rayon sakini Əli Səmədullazadə hadisə yerində ölüb.

Nəsimi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.