Ermənilər hər zaman yalan danışmağı və beynəlxalq ictimaiyyəti aldatmağı yaxşı bacarıblar

17 Oktyabr 2019 12:06 (UTC+04:00)

Ermənilər hər zaman yalan danışmağı və beynəlxalq ictimaiyyəti aldatmağı yaxşı bacarıblar. Amma hal-hazırda ermənilər Orbili mərkəzi ilə birgə ancaq incə yalanlar düzəldib bütün dünyaya yaymağa başlayıblar. Baş nazir Paşinyanın da görüşü ilə bu mərkəzin hazırladığı təkliflərə demək olar ki, bütün Ermənistan rəsmiləri riayət edir, bunu SİA-ya açıqlamasında politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloq qeyd edib ki, “Ermənistanın hazırki bəyanatında bildirilir ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev bizdə deyil. Azərbaycan bu məsələni Dağlıq Qarabağla müzakirə etsin. Ermənistanın Müdafiyə Naziri və Xarici İşlər Naziri öz bəyanatlarında da deyirlər ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev Ermənistan ərazisində deyil. Dağlıq Qarabağ ərazisindədir. Yəni tərəf kimi Azərbaycana qondarma DQR-nı göstərirlər”.

M.Əhmədoğlu bildirib ki, bu gün Azərbaycanın uğurları çoxdur və biz bu uğurlardan danışarkən, hal hazırki vəziyyətdə erməninilərin etdikləri nadan əməllərdən də tez-tez söz açmalıyıq: "Bu mövzuda özümüzdə məsuliyyəti bir qədər də artırmalıyıq. Dilqəm Əsgərov və Şahbaz Quliyev məsələsində biz çox vacib bir məqamı gözdən qaçırdıq. Bunda da bizim hər birimizin günahımız var. Xüsusilə Azərbaycan mətbuatı məsələni lazımi qaydada aktual saxlamadı. Çox təəssüf olsun ki, rəsmi Bakı da buna etiraz bildirmədi. Rusiya Xarici İşlər Nazirinin mətbuat sözçüsü Mariya Zaxarova təxminən bir ay bundan əvvəl hamının-hamıya dəyişdirilməsi prinsipi ilə bağlı suala çox diplomatik cavab verdi. Biz ele başa düşdük ki, sanki hamının-hamıya dəyişdirilməsi prinsipini dəstəkləyir. Amma əslində Mariya Zaxarova o cür kiçik məsələyə dəstək verməklə, Azərbaycanın xeyrinə olan böyük bir məsələni bağlı qapı arxasında saxladı. Mariya Zaxarova Rusiya Rəsmisidir. Azərbaycan və Ermənistanın Dağlıq Qarabağ münaqişəsi regionunda əsir və itkin düşmüşlərin dəyişdirilməsi ilə bağlı ən böyük sənəd 2011-ci ildə Rusiyanın Həştərxan şəhərində üç Prezidentin iştirakı ilə imzalanmış sənəddir. Rusiyanın o zamanki prezidenti Dmitri Medvedyev, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan bu sənədi imzalayıblar. Yəni Həştərxan bəyannaməsi birmənalı şəkildə tələb edir ki, Ermənistan tərəfə keçən azərbaycanlı və Azərbaycan tərəfə keçən erməni salamatdırsa özü, əgər dünyasını dəyişibsə cəsədi dərhal öz ölkəsinə qaytarılmalıdır. İndi Rusiyanın rəsmisi hal-hazırda ermənilərə sərf edən qaydadab açıqlama verir və ümid edir ki, tərəflər buna razılaşacaqlar. Ümumiyyətlə baxsaq erməni tərəfini də günahkar bilmədi. Hamıya məlumdur ki, əsir və itkin düşmüşlərin dəyişdirilməsində ən əsas əngəl Ermənistan tərəfidir. Azərbaycan tərəfi Həştərxan bəyannaməsi ilə razırdır və bəyannamənin tələblərini yerinə yetirməyə də hər zaman hazırdır.

Sonda isə politoloq “Buna görə də özümüzün unutduqlarımızı diqqətə alaq. Əgər biz cəmiyyət olaraq, o cümlədən rəsmi Bakı Mariya Zaxarovanı Rusiyanın mövqeyinə laqeydlikdə günahlandırmağı bacarsaydıq o zaman mənə elə gəlir ki, ciddi uğur qazanmış olardıq. Yenə də qeyd etmək istəyirəm ki, 2011-ci ildə imzalanmış Həştərxan bəyannaməsi bir mənalı şəkildə tərəflərin əsirləri qaytarması ilə bağlı imzaladığı sənəddir. Ona görə də biz bu məsələdə öz səhvlərimizi görməli və çalışmalıyıq ki, mümkün qədər bu mövzuda aktiv olaq”.

Aysel Məmmədova