Kataloniyadakı iğtişaşlarda 250 mitinq iştirakçısı və 140 polis yaralanıb

16 Oktyabr 2019 19:13 (UTC+04:00)

Bütün Barselonanı bürümüş ciddi iğtişaşlara gətirib çıxaran etiraz aksiyaları günorta saatlarından səhər açılanadək davam edib. Kataloniya polisi və İspaniya Milli Polis 51 adam həbs edib. Etirazçıların polislə toqquşması nəticəsində 250-dən mülki şəxs, hüquq mühafizə orqanlarının 140 əməkdaşı zərər çəkib.

Hazırda Jironada müstəqillik marşı keçirilir. Jeneralitetin Prezidenti Kim Torra marşa qoşulub. Cümə günü Kataloniyada ümumi tətil planlaşdırılıb.