Futzal üzrə Azərbaycan millisinin qarşılaşmaları açıqlanıb

16 Oktyabr 2019 16:23 (UTC+04:00)

Azərbaycan milli komandası 2020-ci ildə Litvada təşkil olunacaq futzal üzrə dünya çempionatının əsas mərhələsində mübarizə aparacaq.

SİA-nın məlumatına görə, Bakı İdman Sarayında təşkil olunacaq əsas mərhələdə millimiz Moldova, Monteneqro və Slovakiya yığmaları ilə qarşılaşacaq.

Futzalçılarımız oktyabrın 23-də Moldova, ertəsi gün Monteneqro, ayın 26-da isə Slovakiya yığmaları ilə qarşılaşacaqlar.