Qol güləşi üzrə rayon birinciliyi keçirilib

16 Oktyabr 2019 16:14 (UTC+04:00)

Biləsuvardakı Gənclər evində 10-11 yaşlı məktəbli oğlanlar arasında qol güləşi üzrə rayon birinciliyi keçirilib. SİA-nın məlumatına görə, yarışda 19 ümumtəhsil məktəbindən 57 şagird iştirak edib.

Təltifetmə mərasimində çıxış edən Biləsuvar Rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Quliyev bildirib ki, birinciliyin keçirilməsində əsas məqsəd qol güləşi idman növünün kütləviliyinin artırılması, uşaq, yeniyetmə və gənclər arasında bu idman növünün təbliğ olunmasıdır.

Sonda qaliblər idarənin diplomları ilə mükafatlandırılıblar.