Qadın qılıncoynadanlarımız beynəlxalq turnirdə çıxış edəcəklər

16 Oktyabr 2019 16:12 (UTC+04:00)

Oktyabrın 20-də Antalyada qadın qılıncoynadanları arasında sablya növü üzrə beynəlxalq turnir keçiriləcək.

SİA-nın məlumatına görə, “Antalya Satellite” turnirində Azərbaycanı Aysel Əhədova, Anna Başta, Valeriya Bolşakova, Sevil Bünyatova və Səbinə Kərimova təmsil edəcəklər.

Yarışda 10 ölkədən 44 idmançı iştirak edəcək.