İqtisadiyyat nazirinin müavinləri Zaqatalada və Qaxda vətəndaşları qəbul edəcəklər

16 Oktyabr 2019 13:16 (UTC+04:00)

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov 17 oktyabr 2019-cu il tarixində, saat 11:00-dan etibarən Zaqatalada (ünvan: Zaqatala şəhəri, Car küçəsi, 1, Heydər Əliyev Mərkəzi) bu rayondan olan vətəndaşları qəbul edəcək.

İqtisadiyyat Nazirliyindən SİA-ya verilən məlumata görə, həmin gün nazir müavini Sahib Məmmədov isə Qaxda (ünvan: Qax şəhəri, N.Nərimanov prospekti, 4, Heydər Əliyev Mərkəzi) saat 11:00-dan başlayaraq Qax rayonundan olan vətəndaşları qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyat üçün İqtisadiyyat Nazirliyinin office@economy.gov.az elektron poçt ünvanı və 493-14-56, 310-28-00 (daxili 21-79) və (055) 245-00-28 nömrəli telefonlar (əlaqələndirici şəxs: Elşən Abbaszadə), Nazirliyin 195-2 Çağrı Mərkəzi, həmçinin Nazirliyin Şəki-Zaqatala regional bölməsi (ünvan: Şəki şəhəri, 20 Yanvar küçəsi, 8, Şəki Şəhər İcra Hakimiyyətinin inzibati binası, əlaqələndirici şəxs: Qalib Məsimov, əlaqə telefonu: (02424) 4-27-11, mobil (050) 391-75-72, elektron poçt ünvanı:qalib.masimov@economy.gov.az) vasitəsilə müraciət edə bilərlər.

Bununla yanaşı, vətəndaşlar İqtisadiyyat Nazirliyinin internet səhifəsində xüsusi olaraq yaradılmış qəbul üçün müraciət bölməsi və Nazirliyin "Facebook" səhifəsi vasitəsilə də qəbula yazıla bilərlər.