“İsa Həbibbəyli - 70” adlı kitab sərgisi açılıb

16 Oktyabr 2019 13:22 (UTC+04:00)

Oktyabrın 16-da Milli Kitabxanada müasir Azərbaycan humanitar və ictimai elmi düşüncəsinin nüfuzlu simalarından biri, görkəmli ədəbiyyatşünas alim, bacarıqlı elm təşkilatçısı, təcrübəli pedaqoq, AMEA-nın vitse-prezidenti, Əməkdar elm xadimi, akademik İsa Həbibbəylinin anadan olmasının 70 illiyi münasibətilə “İsa Həbibbəyli-70” adlı kitab sərgisi açılıb.

Kitabxanadan SİA-ya bildirilib ki, sərgidə akademikin Azərbaycan və xarici dillərdə nəşr olunmuş əsərləri, elmi redaktoru olduğu, elmi məsləhətçisi olduğu, rəy verdiyi, tərtibçi-müəllifi olduğu, kitablarda və dövri mətbuatda nəşr edilmiş şeirləri, akademik haqqında yazılmış əsərlər, söylənmiş fikirlər və dövri mətbuat materialları nümayiş olunur.

Sərgi bir həftə nümayiş olunacaq.