“Həkimlərimizi tanıyın” nevroloq Lalə İbrahimova

16 Oktyabr 2019 10:11 (UTC+04:00)

“Həkimlərimizi tanıyın” rubrikamızda sizlərə hər bir xəstəyə individual yanaşan təcrübəli və yüksəkixtisaslı həkim nevroloq Lalə İbrahimovanı təqdim edirik.

Mərkəzi Gömrük Hospitalında Dr. Lalə İbrahimova mərkəzi və periferik sinir sistemi xəstəliklərinin müayinə, diaqnostika və müalicəsini həyata keçirir. Dr. Lalə İbrahimova 2004-cü ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirmiş, 2004-2005-ci illərdə 5 saylı Şəhər Klinik Xəstəxanasında nevrologiya ixtisası üzrə internatura keçmişdir.

Dr. Lalə İbrahimova 2005-2018-ci illərdə müxtəlif dövlət və özəl tibb müəssisələrində nevroloq kimi çalışıb. 2018-ci ildən Mərkəzi Gömrük Hospitalında həkim-nevroloq işləyir.

Dr. Lalə İbrahimova daim öz üzərində çalışan, ixtisasını artıran həkimdir. Dünya mətbuatını izləyərək tibbin ən yeni nailiyyətlərini öyrənir və öz təcrübəsində tətbiq edir. O, 2014-cü ildə “Podiatriya və Pəncənin "FormThotics" sistemi vasitəsi ilə içliklərin hazırlanması” üzrə təlim, 2014-cü ildə Gürcüstanın Tbilisi Nevrologiya İnstitutunda “Sinir-əzələ xəstəlikləri və elektroneyromiyoqrafiya müayinəsi” üzrə kurs, 2016-cı ildə Rusiyanın Sankt-Peterburq şəhərində Akademik B.N.Komançevin rəhbərliyi altında “Körpələrdə mərkəzi və periferik sinir sisteminin prenatal və natal zədələnmələrinin qlobal Elektromioqrafiya vasitəsi ilə erkən diaqnostikası” kursu, 2016-cı ildə Türkiyənin İstanbul şəhərində “Beynəlxalq trigger nöqtələrinin terapiyası” (Türkiyə-ABŞ) təlimi, 2017-ci ildə Rusiyanın Moskva şəhərində “Tibbi kinezio teyp və kross teyp” kursu və 2017-ci ildə Rusiyanın Yekaterinburq şəhərində “Elektroson, transkranial elektroanalgeziya, transkranial elektrostimulyasiya, mezodiensefal modulyasiya, mikropolyarizasiya” təlimi keçmişdir.

Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/lala-ibrahimova

Dr. Lalə İbrahimovanın qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.