"Türkiyənin hədəflərindən biri Suriya ordusunun kürd bölgələrinə nəzarət etməsidir" ÖZƏL-MÜNASİBƏT

16 Oktyabr 2019 10:08 (UTC+04:00)

"Suriya ordusunun şimal-şərq istiqamətində irəriləməsi əslində Türkiyənin ziyanına deyil". Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.

Politoloqun sözlərinə görə, Rusiya Əsədə imkan verməz ki, Suriya ordusu Türkiyə ordusu ilə toqquşsun: "Əsas odur ki, uzun illərdən sonra Suriya ordusu kürd bölgələrinə daxil oldu və bununla Suriyada kürd dövlətinin yaradılması ideyası ortadan qaldırıldı. Vaxtilə Əsədə meydan sulayan radikal kürdlər Əsədə yalvardılar ki, onları Türkiyədən qorusun. Türkiyənin əsas hədəflərindən biri elə Suriya ordusunun kürd bölgələrinə nəzarət etməsidir. Buna da nail olundu. O ki qaldı, Türkiyənin planlarına, sərhəd boyu 40 kilometr dərinlikdə təhlükəsizlik zolağının yaradılmasına Əsəd mane ola bilməyəcək, çünki ortada Moskvanın razılığı var. Daha bir ortaq nəticə var: Türkiyə, Rusiya və Əsəd rejimi Amerikanın Suriyada hərbi varlığının əleyhinə idi. Buna da nail olunuldu".