Parapauerliftinq üzrə açıq respublika çempionatı keçiriləcək

16 Oktyabr 2019 09:29 (UTC+04:00)

Parapauerliftinq idmanı üzrə açıq respublika çempionatı keçiriləcək.

SİA-nın xəbərinə görə, yarış oktyabrın 20-də Xırdalandakı “Zirvə” beynəlxalq idman klubunda baş tutacaq.

Çempionatda Gəncə, Naxçıvan, Şamaxı, İsmayıllı, Sumqayıt və Bakıdan 30-dan çox idmançı yarışacaq. Dörd idmançı isə Gürcüstandan yarışa qatılacaq.