Biləcəridə Beyləqan rayon sakininin başına bıçaqla xəsarət yetirilib

16 Oktyabr 2019 04:00 (UTC+04:00)

Bakıda Beyləqan rayon sakininin başına bıçaqla xəsarət yetirilib.

APA xəbər verir ki, hadisə Binəqədi rayonunda baş verib.

Biləcəri qəsəbəsində naməlum şəxs xuliqanlıq zəminində Beyləqan rayon sakini, 1985-ci il təvəllüdlü Əliyarov Müşfiq Tofiq oğlunun baş nahiyəsinə bıçaqla xəsarət yetirib.

Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.