Kataloniyada referendumda ölkə büdcəsi 319 milyon avro itirib

15 Oktyabr 2019 23:21 (UTC+04:00)

Turizmdə Böyük Nailiyyətlər Biznes Alyansının (Exceltur)hesablamalarına görə sazişsiz Brexit İspaniya turizminə 1,407 milyard avroya başa gələcək.

SİA xəbər verir ki, “Exceltur”un icraçı vitse-prezidenti Xose Luis Zoredanın sözlərinə görə, Ali Məhkəmənin Kataloniya liderləri barəsində dünənki hökmü turizmə xeyli təsir göstərəcək. X.Zoreda xatırladıb ki, 2017-ci il oktyabrın 1-də Kataloniyada müstəqillik haqqında qanunsuz referendumun keçirilməsi beş ayda 319 milyon avro itirilməsinə gətirib çıxarıb, region təqribən 185 min turist itirib.

Bundan əlavə, “Exceltur”un hesablamalarına görə, əgər sazişsiz Brexit oktyabrın 31-nə qədər qəti surətdə həyata keçirilsə, onda 2019-cu ilin noyabrından 2020-ci ilin dekabrınadək olan dövrdə İspaniya turizmi 1,407 milyard avro ziyana düşəcək.