Norveç: "Türkiyənin ailəmiz içində qalması daha yaxşı olar"

15 Oktyabr 2019 22:38 (UTC+04:00)

"Dürüst olaraq deyə bilərik ki, Türkiyənin NATO-da, ailəmiz içində qalması daha yaxşı olar." Bu sözləri Norveç Baş naziri Erna Solberq Almaniya kansleri Angela Merkellə keçirilən görüşdən sonra mediaya açıqlamasında deyib. “Bir-birimizlə ailə daxilində danışarıq. Danışmaq, susmaqdan yaxşıdır”, - deyə baş nazir bildirib. Qeyd edək ki, “Sülh çeşməsi” əməliyyatını başladan qardaş ölkənin alyansdan çıxarılacağı ilə bağlı fikirlər irəli sürülür.