Paralimpiyaçımız “Tokio 2020” yə lisenziya qazanıb

15 Oktyabr 2019 16:02 (UTC+04:00)

Azərbaycan “Tokio 2020” Yay Paralimpiya Oyunlarına dördüncü lisenziyasını qazanıb.

SİA-nın məlumatına görə, Avstraliyanın Sidney şəhərində keçirilən paraatıcılıq üzrə dünya çempionatında iştirak edən Kamran Zeynalov fərqlənib. O, 50 metr məsafəyə güllə atıcılığında göstərdiyi nəticəyə görə ilk 15 idmançı arasında yer alıb və Paralimpiadaya vəsiqəni təmin edib.

Qeyd edək ki, daha öncə Yelena Taranova güllə atıcılığında, Elşən Hüseynov parapauerliftinqdə və Roman Saleh paraüzgüçülükdə XVI Yay Paralimpiya Oyunlarına vəsiqə qazanıblar.