Yük qatarı dəmir yolu xəttini keçmək istəyən şəxsi vurub

15 Oktyabr 2019 14:55 (UTC+04:00)

Bu gün saat 10:30 radələrində Sığırlı stansiyasında xəsarətlə nəticələnən hadisə baş verib. SİA “Azərbaycan Dəmir Yolları” QSC-nin məlumatına istinadən xəbər verir ki, yük qatarı stansiyanın tək yolunda hərəkət edən zaman 367-ci kilometrlikdə dəmir yolu xəttini keçmək istəyən şəxsi vurub. Belə ki, maşinist dərhal səs siqnalları verərək tormozlama aparıb. Lakin hadisənin qarşısını almaq mümkün olmayıb.

Elektrovoz Sığırlı kənd sakini, eşitmə qüsurlu Mirzə Talıb oğlu Şəmiyevi vurub. Xəsarət alan şəxs Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Baş vermiş hadisə aidiyyəti üzrə araşdırılır.