“FIDE Grand Swiss 2019” turnirində altıncı turun oyunları keçiriləcək

15 Oktyabr 2019 13:01 (UTC+04:00)

Oktyabrın 15-də Men adasında şahmat üzrə “FIDE Grand Swiss 2019” turnirinin altıncı turunun görüşləri keçiriləcək.

SİA-nın məlumatına görə, şahmatçılarımız Nicat Abbasov ermənistanlı Qabriel Sarkisyan, Rauf Məmmədov rusiyalı Vladislav Artemiyev, Eltac Səfərli argentinalı Maksim Çiqaev, Vasif Durarbəyli israilli Ariel Erenberq ilə qarşılaşacaqlar.

Beş turun yekununda R.Məmmədov və N.Abbasov hərəyə 3 xal qazanıblar. E.Səfərlinin 2,5, V.Durarbəylinin 2 xalı var.

İddiaçılar turnirinə vəsiqə qazandıracaq turnirə oktyabrın 21-də yekun vurulacaq.