Litvanın Azərbaycandakı yeni səfiri ilə görüş keçirilib

15 Oktyabr 2019 12:33 (UTC+04:00)

15 oktyabr 2019-cu il tarixində Litva Respublikasının Azərbaycandakı yeni fövqəladə və səlahiyyətli səfiri cənab Egidijus Navikas ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində görüş keçirilib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycan və Litva arasında ətraf mühitin mühafizəsi sahəsində fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.