HDP-li bələdiyyə sədrləri nəzarət altına alınıb

15 Oktyabr 2019 11:52 (UTC+04:00)

Türkiyənin Hakkari şəhərinin və Yüksekova, Nusaybin Erciş rayonlarının Xalqların Demokratik Partiyasından (HDP) olan bələdiyyə sədrləri nəzarət altına alınıb. SİA xəbər verir ki, əməliyyat nəticəsində saxlanılan bələdiyyə sədrləri polis təşkilatının terrorla mübarizə şöbəsinə aparılıb.

Şübhəlilərin evlərində və iş yerlərində aparılan axtarışlar zamanı terror təşkilatlarına aid çox sayda videomateriallar ələ keçirilib.