Kəmalə Piriyeva finala qala bilmədi

15 Oktyabr 2019 09:41 (UTC+04:00)

"Maşın" realiti şousunun finalçıları bəlli olub. SİA-nın məlumatına görə, bu gün səsverməyə çıxan aparıcı Kəmalə Piriyeva hədəfinin həmkarı Lalə Mustafayeva olduğunu bildirib.

Oyun zamanı Ramal İsrafilov Kəmaləyə qalib gəldiyi təqdirdə Lalənin əvəzinə onu çıxarmasını xahiş edib.

Aparıcı sonda 47,79 faiz səs toplayaraq, oyunu tərk edib.

Beləliklə, finala qalanlar müğənni Ramal İsrafilov, aparıcılar Suna Kasımoğlu və Lalə Mustafayeva olub.