Sumqayıtda naməlum avtomobil tərəfindən vurulan piyada ölüb

15 Oktyabr 2019 03:53 (UTC+04:00)

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

SİA xəbər verir ki, qəza şəhərin “Stansiya Sumqayıt” yaşayış məntəqəsində qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən 52 yaşlı Quliyev Ramazan Sabir oğlu naməlum avtomobil tərəfindən vurulub. O, aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib. Hadisəni törədən sürücü hadisə yerindən yayınıb.

Faktla bağlı araşdırma aparılır.