Rəcəb Tayyib Ərdoğanla Emmanuel Makron arasında telefon danışığı olub

15 Oktyabr 2019 02:39 (UTC+04:00)

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanla Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

SİA “sozcu.com.tr” saytına istinadən xəbər verir ki, Ərdoğan fransalı həmkarına Türkiyənin Suriyanın şimal-şərqində həyata keçirdiyi hərbi əməliyyatların məqsədini izah edib.

Türkiyə prezidenti “Barış bulağı” hərbi əməliyyatının regional, qlobal sülhə və sabitliyə töhfə verəcəyini söyləyib.