“Roma” əsgər salamına görə Cengiz Ünderi cəzalandırmayacaq

14 Oktyabr 2019 23:27 (UTC+04:00)

“Roma” Türkiyə ordusunun Suriyadakı hərbi əməliyyatına dəstək olaraq əsgər salamı verdiyi şəkli sosial şəbəkədə paylaşan futbolçusu Cengiz Ünderi cəzalandırmayacaq. Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı məlumata görə, klub futbolçusunun bu addımının onlara heç bir problem yaratmadığını bildirib. Paytaxt təmsilçisi 22 yaşlı hücumçu üçün sanskiya tətbiq etməyəcək.