Nurməhəmmədovun növbəti rəqibi açıqlandı!

14 Oktyabr 2019 21:33 (UTC+04:00)

Qarışıq döyüş növlərinin (MMA) UFC kateqoriyasında yüngül çəki üzrə kəmər sahibi Həbib Nurməhəmmədov növbəti rəqibinin adını açıqlayıb. TASS informasiya agentliyi xəbər verir ki, 31 yaşlı rusiyalı idmançı “Netcast Zone”yə müsahibəsində həmin şəxsin, böyük ehtimalla, amerikalı Toni Ferqyuson olacağını bildirib.

Nurməhəmmədov ötən ay Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə amerikalı Dastin Puaryeni məğlub edərək ikinci dəfə çempion titulunu qoruyub. Qeyd edək ki, Nurməhəmmədov indiyədək UFC-də keçirdiyi 28 döyüşün hamısında qalib gəlib. Otuz beş yaşlı Ferqyuson isə 28 döyüşdən 25-də qələbə qazanıb və 3 dəfə uduzub.