Azərbaycanla Belarus arasında saziş təsdiqlənib

14 Oktyabr 2019 17:10 (UTC+04:00)

Prezident İlham Əliyev Azərbaycan Dövlət Gömrük Komitəsi ilə Belarus Dövlət Gömrük Komitəsi arasında Azərbaycan Respublikası və Belarus Respublikası arasında keçirilən mallar və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsinin təşkili haqqında Sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.

Fərmanda qeyd edilir ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Belarus Respublikasının Dövlət Gömrük Komitəsi arasında Azərbaycan Respublikası və Belarus Respublikası arasında keçirilən mallar və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsinin təşkili haqqında 2019-cu il mayın 29-da Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.

Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin edəcək.

Xarici İşlər Nazirliyinə tapşırlır ki, Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Belarus Respublikası Hökumətinə bildiriş göndərsin.