"Türkiyənin hansısa ölkənin ərazisini işğal etmək niyyəti yoxdur"

14 Oktyabr 2019 16:37 (UTC+04:00)

"Türkiyənin haqlı davasında sanki işğala getmiş kimi propaqanda aparılır, terror təşkilatı və onun dəstəkçisi ölkələrə qarşı bizim əsgərlərimiz mübarizə aparır. Təəssüf ki, bu mübarizənin propaqanda ayağında zəifliyimiz var. SİA-nın xəbərinə görə, bunu "Habertürk" televiziyasının təmsilçisi Bülent Aydemir "Qlobal medianın inkişafı trendləri: risklər və imkanlar" adlı beynəlxalq media konfransında deyib.

O bildirib ki, eynilə Qarabağda işğalçı dövlətlər terrordan istifadə edirdilər, hal-hazırda da Türkiyəyə qarşı terror təşkilatından istifadə edərək, 10-15 milyardlıq silah sursatla təmin edərək dəstəkləyirlər: "Təəssüf ki özlərinə müsəlman deyən bəzi dövlətlər terror təşkilatını dəstəkləyirlər. PKK da belə istifadə olunan terror təşkilatıdır. Şanlı Urfada, Suruçda, Dolmabahçede Ankarada öz millətini öldürən terror təşkilatından danışırıq. Türkiyənin bu əməliyyatı interasiya olunmuş təhlükəsizlik ve sərhəd planıdır və kəsinliklə hansısa ölkənin ərazisini işğal etmək məqsədi daşımır.

Bu gün Türkiyə müdafiə naziri Hulusi Akar deyib ki, Ras al Aynden Tel Ebyada qədər 122 km ərazi terrorçulardan təmizlənib: "Türkiyə ordusunun bütün ərazini terror təşkilatından təmizləməyə gücü və qüdrəti var. İndi isə Amerikanin dəstəyindən məhrum olandan sonra terror təşkilatı indi də Rusiyaya yaxınlaşmağa çalışır. Qlobal imperialist təzyiqlərinə qarşı Türkiyə İran və Rusiyanın daxil olduğu Astana prosesi ilə, regional güclərin köməyi ilə vəziyyətdən çıxmağa çalışır. Türkiyəyə imperialist dövlətlərinə qarşı bütün dövlətlər dəstək verməlidir, bu baxımdan medianin köməyi də önəmlidir".