Salyanda atıcılıq üzrə Azərbaycan kuboku keçiriləcək

14 Oktyabr 2019 13:57 (UTC+04:00)

Oktyabrın 20-də Salyanda kişilər və qadınlar arasında güllə atıcılığı üzrə Azərbaycan kuboku yarışları keçiriləcək. SİA-nın xəbərinə görə, turnirdə pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma yarışları təşkil olunacaq.

Yarışda ölkəmizin şəhər və rayonlarından olan güllə atıcıları iştirak edəcəklər.