"Türkiyənin keçirdiyi əməliyyata ABŞ və Rusiya da razılıq verib" AÇIQLAMA-ÖZƏL

14 Oktyabr 2019 11:49 (UTC+04:00)

“Türkiyənin Suriyada əməliyyat aparmaqla bağlı mövqeyi tamamilə haqlıdır. Qardaş ölkə terror qruplaşmaların tamamilə əl-qol açmaması üçün bu addımı atır”. Bu fikirləri SİA-ya açıqlamasında Sahil İsgəndərov deyib.

O bildirib ki, Türkiyə həyata keçirdiyi əməliyyatları öz başına etmir: “Düzdür, ABŞ, eləcə də müxtəlif Avropa ölkələri tərəfindən baş verənlərlə bağlı müxtəlif fikrilər səsləndirilir. Lakin onların əksəriyyəti Türkiyəyə müttəfiqi olmayan qüvvələrdir. Mən hesab edirəm ki, Ankara Vaşinqtonla bu məsələni konkret olaraq razılaşdırıb. Əgər ABŞ oradan çıxır və Türkiyə silahlı qüvvələrini orada tək qoyursa, bu elə Ankaraya yaşılışığın yandrılması deməkdir”.

Politoloq söyləyib ki, ABŞ-da bəzi konqresmenlərin qollarını çirmələyib Türkiyəyə qarşı sansksiyaların tətbiqi ilə bağlı müxtəlif qanun layihələri ortaya qoyması onların şəxsi istəklərindən gələn məqamdır: “Çünki ABŞ xüsusilə də Donald Tramp çox gözəl bilir ki, Türkiyənin atdığı addımlar heç də onların maraqlarının əleyhinə yönəlməyib”.

S. İsgəndərovun sözlərinə görə, başç verənlərə Türkiyə, ABŞ, Rusiyanın maraqlarına uyğun addım kimi baxmaq lazımdır: “Rusiya artıq Suriyada möhkəmlənib Qərbin heç bir vəchlə Suriyanı parçamasına imkan verməyəcəyi ilə bağlı dirəniş göstərdisə, bundan sonra ABŞ-ın Suriyada silahlı kürdləri dəstəkləməsinin heç bir əhəmiyyəti yoxdur. Əks halda ABŞ Suriyada Rusiya ilə açıq müharibəyə girməli idi. Bu da əlbəttə ki, Donald Trampa sərf etmir. Bunu özü də açıq şəkildə dəfələrlə bəyan edib”.

Politoloq vurğulayıb ki, Moskva vaxtilə Suriyada olan silahlı kürdlərə Türkiyə ilə danışıb onlara müxtariyyat, imtiyaz verilməmək şərtilə qanadının altına alınması ilə bağlı təklif irəli sürsə də, kürdlərihn mövqeyi Suriyannı ən azı 3 yerə bölməkdən ibarət idi: “Belə olan halda, Rusiya buna razılıq vermədi və onlar gedib ABŞ-a sığındılar. Amma bu kontekstdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çox gözəl incə gedişlər etdi. Xüsusilə də kürd məsələsində Ankar ilə Moskvanın maraqları üst-üstə düşürdü. Bu baxımdan hazırki məsələdə də Rusiya özü maraqlıdır və hesab edirəm ki, Türkiyənin Sruiyada əməliyyat keçirməsi ilə bağlı Moskva ilə Ankara arasında konkret razılaşmalar olub. Təbii ki türkiyənin qırmızı xətti küçməməsi şərtilə”.

S. İsgəndərov qeyd edib ki, əgər silahlı kürdlər məsələsi varsa, Türkiyə Suriyanın şimalında yerləşən özünün təhlükəsizlik zolağınıə təmizləməyə məcburdur.