Filadelfiyada atışma: yaralılar var

14 Oktyabr 2019 09:01 (UTC+04:00)

ABŞ-ın Filadelfiya şəhərində (Pensilvaniya ştatı) atışma baş verib. SİA "NBC 10 Philadelphia" telekanalına istinadən xəbər verir ki, naməlum şəxs şəhərin şimalında insanlara atəş açıb.

Silahlı insident nəticəsində 6 nəfər yaralanıb. Onlar yaxınlıqdakı xəstəxanaya çatdırılıb.

Hüquq-mühafiz orqanları yaralananların vəziyyəti barədə məlumat vermirlər. Atəş açan şəxs hələki saxlanılmayıb.