Türkiyə Suriyada daha 17 şəhid verib

14 Oktyabr 2019 02:44 (UTC+04:00)

Suriyada, Ras əl-Ayn şəhəri ətrafında gedən hərbi əməliyyatlarda Türkiyə ordusunun 17 əsgəri şəhid olub.

SİA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Türkiyə təhlükəsizlik qüvvələrindəki mənbələrdən bildirilib.

Bildirilir ki, əsgərlərin əksəriyyəti snayperlərin atdığı güllə ilə öldürülüb. Həmçinin 7 əsgərin də yaralandığı deyilir.