“Barış bulağı” antiterror əməliyyatı çərçivəsində məhv edilən terrorçuların sayı 525-ə çatıb

14 Oktyabr 2019 00:09 (UTC+04:00)

Türkiyə ordusunun Suriyanın şimalında apardığı “Barış bulağı” antiterror əməliyyatı çərçivəsində məhv edilən terrorçuların sayı 525-ə çatıb.

SİA xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Buna qədər 480 terrorçunun zərərsizləşdirildiyi deyilirdi.